«AzAL»ın Moskva ofisleri basıldı
Onu «AST Telman»ın pullarını Rusiyadan çıxartmaq işine qarışmaqda suçlayırlar; 7 il evvelki yaxşılığın hekayeti... «AST Telman» (Telman İsmayılov) ve «Çerkizovsk» bazarı etrafında qalmaqal bitmir. Moskvanın Vergilər Departamentinin emekdaşları «AzAL»ın Tverskaya küçesindeki ve Domededovo aeroportundakı ofislerine gelerek araşdırmalara başlayıblar. Araşdırmalar mayın sonlarından etibaren «AzAL» reysleri ilə uçan teyyarelerin yük teyinatı ile bağlı olub.
İlkin melumata göre, yerli qurumlar, habele vergi emekdaşlarını müşayiet eden FTX emekdaşları bir qeder evvel «vurulmuş» ve artıq Rusiya hökumetinin hedefinde olan «AST Holding»in prezidenti Telman İsmayılova mexsus külli-miqdarda pulun ve qiymətli eşyaların «AzAL» reysleri ile Rusiyadan çıxarıldığı barede siqnallara malikdirler.
Xatırladaq ki, T.İsmayılova qarşı kampaniya onun öten ay Antalyada debdebeli otel açılışı etmesindən sonra başlayıb. Bundan sonra o, şexsi teyyaresi ile öz adamlarını göndererek milyardlarla dollar pulu, habele külli-miqdarda qiymetli eşyanı Rusiyadan çıxara bilib. Moskvadakı istintaqa o da melum olub ki, hemin pullar Bakıdan keçirilmekle ve «AST qrup»un vitse-prezidenti Abbas Abbasovun kömekliyi ile daşınıb. Bu işde ise ona Telman İsmayılovun yaxın dostu ve onun aile çevresine daxil olan şexs - «AzAL» prezidenti Cahangir Esgerov yardımçı olub.
Bu hemin Cahangir Esgerovdur ki, bir qeder evvel İsmayılovun Moskvada keçirilen ad gününde ona deyeri 500 min dollar olan qızıl tapança bağışlamışdı. Eslinde bu meqam Esgerov-İsmayılov ilişgileri ile bağlı teze mesele deyil. Hele iller önce İsmayılov da öz kanalları ile Esgerovun kömeyine çatıb.
Söhbet meşhur «Nord-Ost» hadiselerinden gedir. Melum olduğu kimi, 2002-ci ilin oktyabrında Moskvada «Nord-Ost» teatrını zebt eden çeçenler C.Esgerovun heyat yoldaşı Zerife Hemzeyevanı ve onun başqa yaxın qohumlarını da girov götürmüşdüler. Sonradan çeçenlerle danışıqlara geden C.Esgerov «AzAl»ın Moskvadakı nümayndesi Eldar Hacıyevle birlikde heyat yoldaşını ve diger aile üzvlerini girovluqdan qurtara bilmişdi.
O vaxt Eldar Hacıyevle çeçenler arasında vasiteçiliyi mehz Telman İsmayılov etmişdi. Çünki İsmayılovun en yaxın mühafizeçilerinden olan Ruslan Xıdırov Arbi Barayev adlı sehra komandirinin yeznesi idi. «Nord Ost» faciesinin aparıcı şexslerindən biri ise Barayev idi.